Xəbər lenti
Reklam
Məşhur milyarder İstanbulda bu addımı ilə GÜNDƏM OLDU

Rusiyalı milyarder Roman Abramoviç ötən axşam dostları ilə birlikdə İstanbuldakı "Anadolu Hisarı" restoranına gedib.
Gender.Az Musavat.com-a istinadən xəbər verir ki, göstərilən xidmətdən razı qalan Abramoviç çıxışda verdiyi 175 min TL-lik (10220 AZN) bəxşişlə gündəmə gəlib.
Məlumata görə, Adana kabab sifariş verən iş adamı və dostları uzun müddət söhbət edib. Abramoviç 85 min TL-lik (4964 AZN) hesabı ödəyərkən ofisiantlara 175 min TL-lik bəxşiş qoyub. 
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşən rusiyalı milyarder İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra bu ölkədən köçüb.


Tarix: 21 dekabr 2023
Baxış: 104

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş