Xəbər lenti
Reklam
Dilənçi vəziyyətinə düşən model efirdə pul istədi: "Bu qədər lazımdır ki..."

"İllər əvvəl Faiq Ağayev, Samir Bağırov, Fərhan Bakinski kimi məşhur müğənnilərin kliplərinə çəkilmişəm. Hazırda uşağım, anam və mən birlikdə yaşayırıq".
Referans.az xəbər verir ki bu sözləri "Elgizlə izlə" verilişində dilənçilik vəziyyətinə düşən və narkotik aludəçisinə çevrilən Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova deyib: "İkinci dəfə Britaniya vətəndaşına ərə gedəndə depressiyaya düşdüm. Mən onu sevmirdim. Bizim oğlumuz dünyaya gəldi. Bundan sonra bu hadisələr yaşanmağa başladı. Avtomobillərimi və evlərimi satdım. İçki içməyə başladım".
Rövşanə Kərimova Elgiz Əkbərin "Xarici vətəndaş olan həyat yoldaşın uşağına kömək edirmi?" sualına belə cavab verib: "O, mənə deyib ki, əgər normal vəziyyətə dönsəm köməklik göstərəcək. Şəkillərimi ona göndərəcəm ki, normal halımı görsün. Müalicə alıram. Bu mərhələni keçmək üçün mənə 500 manat pul lazımdır. Sonra özüm öz vəziyyətimi düzəldəcəm”.\\Musavat.Az

Tarix: 20 oktyabr 2023
Baxış: 122

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş