Xəbər lenti
Reklam
Şəhidin həyat yoldaşı vəfat etdi (FOTO)

Şəhid Elməddin Xasayevin həyat yoldaşı vəfat edib.
Gender.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşıb. 
Xatırladaq ki, Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirmiş. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib.
Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 44 günlük Vətən müharibəsində, sentyabrın 27-də Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub.
Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.
Elmədin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Onların iki məktəbli övladı var. 


Tarix: 19 oktyabr 2023
Baxış: 120

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş