Redaktor seçimi
    Ermənistanla ABŞ hərbi təlimlərə başladı - Xəbərlərin 20:00 buraxılışı
Xəbər lenti
Reklam
Narkotikə görə oğlunu itirən əməkdar artist: "Ən yaxın dostu..."

"O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada Kopenhagendə oxuyan, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. Beş il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi... Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü".
Gender.Az bildirir ki, bu sözləri əməkdar artist Kübra Əliyeva  "Bizimləsən" verilişində dünyasını dəyişən oğlundan danışarkən deyib.
"Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, narkotiki sizə verən olanda, atmayın, düşünün. Düşünün ki, bunun arxasında nələr durur, evlər, pullar, həyat gedir, ailə biabır olur. Mən biabır olmadım".



Olay.Az

Tarix: 03 oktyabr 2023
Baxış: 199

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş