"Xalq" və "Əməkdar" fəxri adı olanlar bu qədər təqaüd alır
Azərbaycanda 4888 nəfər fəxri ada görə təqaüd alır.
Gender.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, bu rəqəmlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, ilin əvvəlinə olan rəqəmlərdir.
Bu ilin yanvarında fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Prezidentinin Sərəncamı ilə fəxri adlara görə təqaüdlərin məbləği artırılıb.
Belə ki, “Xalq” fəxri adına görə 263 nəfər 200 manat təqaüd alır. “Əməkdar” fəxri adına görə isə ölkədə 4625 nəfər 150 manat təqaüd alır.
Müqayisə üçün qeyd edək ki, ötən il 4843 nəfər (265 nəfər “Xalq”, 4578 nəfər “Əməkdar”) fəxri adlara görə təqaüd kəsilib. Müvafiq olaraq təqaüdlər 150 və 100 manat olub.
Tarix: 18 avqust 2023
Baxış: 284
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş