Redaktor seçimi
    “Hollivud”dakı hadisəni bu şəxslər törədib - Usubov DANIŞDI
Xəbər lenti
Reklam
Ermənilər Laçın postuna qarşı son silahı işə salır - Kardaşyanı ora göndərirlər

Ermənistan Laçın sərhəd-keçid məntəqəsinə qarşı son “silahını” işə salmaq istəyir. Söhbət nə odlu, nə də soyuq silahdan yox, məhz Kim Kardaşyanın timsalında dünya ermənilərinə məxsus “silah”dan gedir.
Kim Kardaşyanın ABŞ dövlət katibi Entoni Blinkenə Laçın sərhəd-keçid məntəqəsinin açılmasına dair müraciət etməsi məsələsi gündəmə gəlib.
Bunu gündəmə gətirən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampodur. Bundan öncə Okampo ermənilərin Qarabağda “humanitar fəlakət” iddialarını tirajlamışdı və bəllidir ki, 71 yaşlı keçmiş prokuroru danışdıran, yaxud bu ahıl yaşında onu aktivləşdirən erməni diasporu/lobbisidir. İndi erməni diasporu Kardaşyanla bağlı məsələni də məhz Okamponun dilindən səsləndirməklə gündəm formalaşdırmaq və Kardaşyanın Blinkenə müraciət etməsinə zəmin yaratmaq istəyirlər.
Okampo deyib ki, Qarabağdakı “məsələni” yalnız Blinken həll edə bilər, bunun üçün Kim Kardaşyan və Erik İsraelyan (erməni prodüser) bu haqda dövlət katibinə müraciət etməli, onu razı salmalıdırlar. Məqsəd Kardaşyanı prosesə qoşmaq və erməni iddialarını ABŞ-ın gündəminə daxil etməkdir. Bunun üçün ermənilər Kardaşyan silahını işə salmaq istəyirlər. İstisna deyil ki, onlar Kardaşyanı Ağ Evə də göndərəcəklər./Publika.az 
Tarix: 14 avqust 2023
Baxış: 223

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş