Xəbər lenti
Reklam
Bu il ən çox qazanan azərbaycanlı MİLYARDER

Ən varlı rusların sərvəti 2023-cü ilin əvvəlindən 32 milyard dollardan çox artıb.
Gender.Az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Sanksiya altında olan “LUKOIL”-un təsisçisi Vahid Ələkbərov Rusiya vətəndaşları arasında ən çox qazanan olub. Yanvar ayından onun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollara çatıb.
Ələkbərovdan sonra ümumi gəlirə görə ruslar arasında siyahıda yanvardan bəri 4,98 milyard dollar zənginləşən Novolipetsk Dəmir-Polad Zavodunun direktorlar şurasının sədri və əsas səhmdarı Vladimir Lisin yer alıb. Ümumilikdə o, 24,8 milyard dollar qazanıb.
Üçüncü yerdə sərvəti 29,8 milyard dollara yüksələn Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin olub. 2023-cü ilin əvvəlindən Potanin kapitalını 1,23 milyard dollar artırıb.
Siyahıya əsasən, ilin əvvəlindən Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü, iş adamı Süleyman Kərimov zərər çəkib. Onun sərvəti 525 milyon dollar azalaraq ümumilikdə 6,12 milyard dollara düşüb. \\KONKRET.az
Tarix: 01 avqust 2023
Baxış: 182

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş