Xəbər lenti
Reklam
"Sevgilinə hədiyyə üzrə qrant müsabiqəsinin nəticələri ..." - Təhsil ekspertindən nazirliyə ittiham

"Sevgilinə hədiyyə üzrə VII qrant müsabiqəsinin nəticələri açıqlanıb". 
Belə bir statusu təhsil eksperti Kamran Əsədov şəxsi “Facebook” səhifəsində Elm və Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant" müsabiqəsinin nəticələrinə münasibət olaraq paylaşıb.
Mövzu ilə bağlı News.Az-a danışan Kamran Əsədov bildirdi ki, sözügedən nazirliklə şəxsi münasibətləri olan layihə müəlliflərinə qrant verilib:

“Təəssüflər olsun ki, bizim böyük gözləntilərimiz olan qrant layihəsinin nəticəsi bu gün açıqlandı və bir şəxs üç layihəsi keçdi. Bu qaliblərdən arasında  Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini ilə şəxsi münasibəti olanlar var. Kimlər ki, nazirliyə yaxındır, onların təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsilə əlaqəsi olmayan layihələrini qalib elan ediblər. Necə olur ki, ondan qat-qat daha yaxşı layihələr qalıb, amma kiminləsə şəxsi münasibəti var deyə layiq olmayan layihəyə qrant ayrılıb? Əlimdə sübut var, sadəcə paylaşmağım etik deyil. Dövlət budcəsi sizin şəxsi münasibətlərin maliyyə təminatını həll etmir. Bu layihənin əsas məqsədi Azərbaycanda təhsilin inkişafı , keyfiyyətin yüksəldilməsi üçün nəzərdə tutulub”.
Ekspertin iddiası ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək istəsək də zənglərimizə cavab verilmədi.

AYDAN
Tarix: 28 iyul 2023
Baxış: 240

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş