Xəbər lenti
Reklam
Ataların dərk etmədiyimiz böyük ürəyi-Ayna Fərhad yazır…

Evdən çıxanda içimdə qəribə bir hiss var idi. İntuisiyam məni bu günə qədər hələ aldatmayıb. Ölümü hiss edirəm…  Nə zaman bu bəd duyğu ürəyimi sıxmağa başlasa, kiminsə ölüm xəbərini eşidirəm. Bəzən zarafatca adıma ölüm mələyi deyirlər. Əstəğfirullah, lənət sənə kor şeytan, mən cənab Əzrayıl kimi güclü ola bilmərəm axı. Adam kiməsə bəd xəbəri güclə verir, o ki, qaldı “vaxtdır gedək, sənin ömrün bura qədər idi” deyəsən. Çox çətindir yəgin.
Yuxudan oyanıb, hazırlaşıb qapıdan çıxana qədər ayağımı sanki öz əlimlə tutub dartırdım ki, “sən Allah gəl gedək məni yarı yolda qoyma”. Nə isə güc-bəla ilə gəlib çıxdım işə. Yenə masamın üzərində imzalanması vacib olan sənədləri üst-üstə yığmışdılar. Hamısına göz gəzdirib səliqə ilə təhvil verdim katibəyə. Otağıma geri qayıtmaq istəyəndə arxamca katibə səsləndi, ” Əşrəf müəllim, bəs nahara getmirsiz?” Ona tərəf dönməzdən qabaq, saatıma baxdım ki, həqiqətən nahar vaxtıdır neçə saatdır sənədlərə başım qarışdığından vaxt necə keçib bilməmişəm. “Gəlirəm, siz digər işçilərə də xəbər edin, bəlkə mənim kimi vaxta əhəmiyyət vermiyənlər var” deyib otağıma keçdim. Vaxtın qiymətini bilməyib, 19 illik atamı ölümündən sonra tanımışdım…
Telefonumu götürüb aşağa düşmək istəyirdim ki, əlim yan düyməsinə toxundu. Baxdım ki, anam 9 dəfə zəng edib. Əvvəllər atamın qorxusundan o da mənə soyuq davranardı. Amma 19 yaşımda ürək əməliyyatı keçirəndən sonra, evə dönənə qədər gündə bəlkə 7 dəfə səsimi eşitməsə rahat ola bilmir. İl olub 2023, anam isə atamdan yadigar qalan 63:00-u işlədir. Deyir “bala, bu o vaxtın ayfonudur ee, sən bilmərsən”. İstədim anama zəng edim, telefonda bəlkə bir çoxumuzun gündə “səni yanasan qız” dediyi operatorun səsi eşidildi “sizin xəttiniz borcdan bağlıdır”. Yadıma düşmədi sonuncu dəfə nə zaman kontur yükləmişəm. Başa düşmürəm axı, mənim balansımda məbləğ olduğu halda niyə borcum olsun? Deyinə-deyinə idərədən çıxdım. Hələ tələsik “WahtsApp”-ı  yaradanın atasına rəhmət də oxudum. Bir tərəfdən isə deyindim ki, səsli mesaj göndərməkdən, adi zəngi unutmuşuq.
İş yerimə ən yaxın olan mağaza piyada cəmi 10 dəqiqəlik məsafədə yerləşirdi. Tərslikdən anam da məni geri yığmırdı. Yəgin öldüyümü düşünüb… Qanım lap qaraldı. Uşaq vaxtı yıxılaram deyə velosiped almırdı, indi də qəza edərəm deyə maşın almağa qoymur. Gedib mağazaya çatdım. Burda ödəmə terminalı bir dənə idi, onunda qarşısında  yaşlı adam manatları içəri daxil edirdi. Yəgin kamunal ödəyirdi. Boylandım ekrana, gördüm yox bank borcudur. Pulu alanda yaxşı iş yerinin, gəlirinin olub-olmamağına baxırlar, geri alanda isə təqaüdçü olmağına isə baxmırlar. Zamanı gəldi ödəməlisən ee, qanundur ki, 1 gün o tərəfə keçə bilməz. Faizi gəlir qapını döyür “Salam, mənəm ay kasıb, gəlmişəm”. Vay o gündən öləsən, gəlib ailəndən tələb edirlər. 
Dayı işini bitirib mənə tərəf döndü, “ay oğul, haqqını halal et gözlətdim” deyib asta addımlarala uzaqlaşmağa başladı. Dinmədim. Azı 3 bayram balaca idim ondan. Üstündə nə haqqım var axı, hələ halal da edəm… Kontur yükləyib tez mağazadan çıxdım, bir də gördüm həmin kişi yerə yıxılıb, küçədə də bir adam olsun yoxdur. Özümü itirdim. Bir, iki addım geri qayıdıb mağazadan kimisə köməyə çağırmağı unudub, cəld kişinin yanına qaçdım.  Təcili yardıma yığdım, onlar gələnə qədər gözlərimin önündə öldü dayı. Gözləri açıq köçdü. Yəgin balarından nigaran getdi.
Atam yadıma düşdü. İllərlə soyuqluğundan üşüdüyüm, dannağından özümə ölüm arzuladığım atamı xatırladım. Bundan 15 il əvvəl ürək əməliyyatı keçirmişdim. Universitetdə huşumu itirib yıxılmışdım, tələbə yoldaşlarım, müəllimlərim məni xəstəxanaya çatdırmışdı. Ağır əməliyyat keçirmişdim deyə, 1 həftə sonra oyandım. Ayılanda yanımda hamı var idi, atamdan başqa. Anama “bura belə gəlmədi sənin ərin” dedim. Anam mənə qara üzlüklü bir dəftər verib “oxu demişdi”. “Sən atanın ürəyini daşıyırsan, o onu sənə əmanət verib, özü bu dünyadan köçdü” demişdi. Gündəliyi sona qədər oxudum. Rəhmətlik babam o qədər atama mehriban, dost kimi davranmışdı ki, atam onun vəfatından 4 il sonra özünə qismən gəlmişdi. O zamana kimi susmağı seçib heçkimlə danışmıamışdı. Nə vaxt baxsalar babamın qəbri önündə yatmış taparlarmış. Anamı tanıyan günə qədər bu vəziyyəti davam edib. Anamın da əziyyəti az olmayıb. Onu babamın ölümü ilə tam barışdırana qədər illəri gedib. Mən dünyaya gələndə adımı babamın adıdır deyə Əşrəf qoyub. “Mən Əşrəfimə qovuşdum, bitdi bu həsrət” deyib. Lakin öləndən sonra, əziyyət çəkməyim deyə, mənə sevgisini bildirməyəcəyinə and içib. Qulağıma təcili tibbi yardımın serenasının səsi gəldi. Bir anlıq oyandım fikirdən, kişi qollarımda idi. Qulağına “atama salam deyərsiz, o haqqını mənə halal etsin  dayı” dedim. Gəldilər, götürüb apardılar… O da atam kimi son dəfə atalıq borcunu yerinə yetirmişdir. Ən azından 1 ay bank övladlarını rahat buraxacaq.

AynaFƏRHAD

Tarix: 21 iyul 2023
Baxış: 344

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş