Xəbər lenti
Reklam
Yuxunu xatırlamaq niyə çətindir? - Əslində həqiqət belədir!


Çoxumuz yuxuda gördüklərimizi xatırlamağa çətinlik çəkirik. Bunu səbəbi nədir?

Hiss edirəm ki, müəllimlər də hardasa yaxındadırlar, amma mənim diqqətim iki böyük adamda fokuslanıb, kim olduqlarını heç cür xatırlaya bilmirəm.

Birini heyrətamiz dərəcədə aydın görürəm - parlaq saçlarından tutmuş gün eynəyinin qızılı şüşələrinə qədər. Onun əlində nəsə bir qurğu var, o qurğudan qışqırığa oxşayan kəskin bir səs gəlir.

Mən dizi üstə düşüb əllərimlə qulaqlarımı qapayıram. Sinif yoldaşlarım da eyni cür hərəkət edirlər. Əlində qurğu olan adam dəlicəsinə gülür.

Bu mənim 40 il əvvəlki yuxumdur və hələ də bütün detallarını xatırlayıram - sanki dünən görmüşəmmiş kimi.

Amma siz bu həftə gördüyüm yuxulardan birini danışmağımızı istəsəniz, çətinlik çəkib susaram.

Əgər yuxu görmüşəmsə belə (Biologiya bunun belə olduğunu təxmin edir), ayılandan sonra heç biri yadımda qalmayıb.

Bir çoxumuz üçün yuxu həyatımızın hiss olunmayan hissəsidir. Bəxtimiz gətirsə, gecə yuxuda gördüyümüzü səhər ötəri bir hiss olaraq xatırlayarıq.

Yuxularını xırdalıqlarına qədər xatırlayanlarımız belə bəzi səhərlər boş yaddaşla ayılır.

Biz nə üçün yuxu görürük və nə üçün onları yadımızda saxlayırıq (və ya unuduruq) - bütün bunlar bizim yatan orqanizmimizin biologiyasında və təhtəlşüurumuzdadır.

Yuxu prosesi bizim əvvəllər düşündüyümüzdən dəfələrlə mürəkkəbdir. Bu, qırmızı bayraqcıqlarla sərhədlənmiş yuxuya getmə və yuxudan ayılma arasındakı qeyri-şüuri vəziyyət deyil. Gün ərzində baş verənlərdən dincələn beynimizdə maraqlı şeylər baş verir, mental vəziyyət fırlancaqdaymış kimi sürətlə dəyişir və beynin bəzi hissələri çox fəal şəkildə fəaliyyət göstərir.

Bizim gördüyümüz yuxuları, adətən, REM yuxu fazasıyla (Rapid Eye Movement- Sürətli Göz Hərəkəti) əlaqələndirirlər.

REM-i bəzən qeyri-sinxron yuxu fazası və ya paradoksal yuxu da adlandırırlar, çünki bu fazada beyin özünü sanki ayılmış kimi aparır.

Bu fazada gözlər sürətlə hərəkət edir, nəfəsin və ürək döyüntüsünün sürəti dəyişə bilir, bədən atoniya kimi tanınan iflicəbənzər hal alır.

Gecə boyu bu vəziyyət 90 dəqiqəlik dalğalarla təkrarlana bilir və biz məhz bu aralıqlarda yuxu görürük.

REM fazasında beynin əsas hissələri əlavə qanla təmin olunur - ilk növbədə yuxularımıza məzmun verən korteks və bizim emosional vəziyyətimizi "həzm edən" limbik sistem.

Nə qədər ki, biz bu fazadayıq, bu sahələrdə yüksək elktrik fəallığı müşahidə edilir, tənqidi qabiliyyətlərimizə cavabdeh olan alın bölgəsində isə sakitlik hökm sürür.

Bu o deməkdir ki, həmin zaman kəsiyində - yəni yuxudan ayılana qədər biz bütün absurd şeyləri qəbul edirik.

Problem ondadır ki, yuxulardakı obrazların qarışıq olması gördüklərimizi anlamaqda çətinlik yaradır. Aydın strukturu olan yuxular daha yaxşı yadda qalır - psixologiya professoru və yazıçı Didra Barred belə deyir.

Yuxulardakı obrazları ayılandan sonra xatırlamağımızda əsas rol noradrenalinə məxsusdur - insan hansısa bir təhlükəylə, təhdidlə qarşılaşanda aktivləşən və ondan fəaliyyətə keçməyi tələb edən hormona.

Yuxuda olanda noradrenalinin orqanizmdəki miqdarı oyaq vaxtdakından daha az olur.

Lausanne Universitetinin xəstəxanasında yuxularla bağlı araşdırmalar aparan həkim Francesca Siclari deyir ki, insanın yatmış və oyaq vaxtları arasında ciddi fərq var və bu, təsadüfi deyil:

"Yəqin ki, yuxu və oyaqlığın bir-birindən bu qədər fərqlənməsi yaxşı haldır. Düşünürəm ki, biz bütün yuxularımızı gündüz baş verənlər qədər detallı xatırlasaydıq, onları real həyatla qarışdırardıq". \\Saglamolun.Az

Tarix: 19 iyul 2023
Baxış: 166

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş