Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Qanunsuz yolla avtomobil ehtiyat hissələri gətirən Azərbaycan vətəndaşı saxlanılıb
 
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şifahi sorğu-sual zamanı sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada bəyan olunmayan, ümumilikdə 6 adda 18 ədəd avtomobil ehtiyat hissələri aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.                     /Sonxeber
Tarix: 04 iyul 2020
Baxış: 338

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş