Xəbər lenti
Reklam
Bakıdakı son zəlzələ nəyi üzə çıxardı: Binalara etibar etmək olar?

Bugünlərdə ölkənin müxtəlif bölgələrində qeydə alınan zəlzələ ilə bağlı yeraltı təkanların ən çox hiss olunduğu yerlərdən biri paytaxt Bakı və Sumqayıt oldu. 
Həmin ərazilərdə 5,4 bal gücündə olan zəlzələ əhali arasında böyük təşviş yaratdı. Xüsusilə də iri şəhərlərdə hündürmərtəbəli binaların sakinləri arasında böyük təlaşa gətirib çıxardı ki, nəticədə həmin binaların sakinlərinin bir çoxu hadisə baş verən gecə öz mənzillərini tərk eməli oldular.
Nəticədə vətəndaşların bir qismi həmin binaların həyətində gecələməyə, digərləri isə özlərinin, yaxud yaxınlarının həyət evlərinə üz tutmaq məcburiyyətində qaldılar. 
Əslində vətəndaşların təşvişi də başadüşüləndir. Çünki zəlzələ zamanı dağıntılara məruz qalan daşınmaz əmlak, xüsusilə də hündürmərtəbəli binalardır. Əgər ölkədə tikilən hündürmərtəbəli binalar zəlzələyə davamlı şəkildə tikilmiş olsa yəqin ki, vətəndaşlar bu həyəcanı yaşamazdılar. 
Baş verən zəlzələ nəyi üzə çıxardı, həqiqətən də əhali yaşadığı mənzillərə etibar etmir? 
Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev Cebhe.info-ya bildirib ki, Bakı və Sumqayıt ərazisində 2000-ci illərin əvvələrinə təsadüf edən böyük tikinti bumu yaşanıb: 


“Bu tikinti bumu zamanı binaların böyük əksəriyyəti nəzarətsiz tikilib. Yeni, eləcə də köhnə, istismar müddəti başa çatmış, o cümlədən qəzalı vəziyyətdə olan binalar və hündürmərtəbəli yeni tikililərdə belə müvafiq icra orqanları tərəfindən monitorinq aparılmalıdır. Ən azından FHN-in bununla bağlı bir çox agentlikləri fəaliyyət göstərir. Vizual olaraq inspeksiya işləri həyata keçirilməlidir.
Monitorinqlər aparılmalı, bunların statistikası qeydə alınmalıdır. Hansı ərazilərdə nə qədər qəzalı, istismar müddətini başa vurmuş, fasad örtükləri zədələnmiş yeni tikili binalar varsa, qeydə alınmalı və növbəti mərhələdə müəyyən tədbirlər görülməlidir. Əgər mümkündürsə, həmin ərazidən sakinlər təxliyə olunmalı, yaxu digər ərazilərdə məskunlaşması üçün ərazilər ayrılmalıdır.
Baxmayaraq ki, bəzi binalar nəzarətsiz tikilib, qardaş Türkiyəyə nisbətən bizim binalar hələ ki, zəlzələnin episentrindən uzaq və yaxud yaxın olmasından asılı olmayaraq, dağılmayıb. Əslində son zəlzələdən sonra müəyyən dövlət qurumları rəsmi şəkildə elan etməli idi ki, zəlzələ nəicəsində qəza, xəsarət alan oldumu? Təəssüflər olsun ki, hr hansı dövlət orqanı bu barədə rəsmi açıqlama vermədi.  KİV vasitəsilə cəmiyyətə məlumat verməli idilər”. 

Nigar Abdullayeva

Cebhe.info

Tarix: 05 iyul 2023
Baxış: 173

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş