Xəbər lenti
Reklam
Sənədsiz evlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - Bu evlərə çıxarış VERİLƏCƏK

Azərbaycanda sənədsiz evlərə çıxarış verilməsi məsələsi haqda illərdir danışılır. Bir neçə amil evlərin sənədləşdirilməsini zəruri edir. İllərdir Bakı və Bakıətrafı qəsəbələrdə həllini gözləyən sənədsiz evlər düyünü heç cür çözülmək bilmir.
Məsələ ilə bağlı Referans.Az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, artıq sənədsiz evlər məsələsində ciddi tədbirlər görülür:
“Bu mövzu ümumiyyətlə, böyük mövzudur. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədsiz evlərlə əlaqədar qanun layihəsinə bəzi dəyişikliklər etdi. Bu zaman da müəyyən rəqəmlər səsləndirildi. 300, 400 hətta 500 min sənədsiz evin olduğunu səsləndirənlər də oldu. Amma son vaxtlar Dövlət Əmlak Xidməti həmin sənədsiz evlərdən hardasa 50 minə yaxın evə sənəd verib. Yəni sənədlər yavaş-yavaş qaydaya salınıb verilir, Amma bu proses çox ləng irəliləyir. Bu prosesi tezləşdirməyə ehtiyac var”.
Deputat bildirib ki, sənədsiz evlərin ən yaxın zamanda sənədlə təmin olunması üçün işlər getdiyini və bu sahədə görülən işlərin tezləşdirilməsinin vacib olduğunu qeyd edib: “Dövlət Əmlak Xidməti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədsiz evlərə sənədlərin verilməsi üçün artıq qərarlar qəbul edib və ciddi işlərə başlanılıb. Bu gün həmin sənədsiz evlərdə yaşayan vətəndaşlar faktiki olaraq bütün komunal xidmətləri ödəyirlər, amma evlərinin sənədləri yoxdur. İndi elə evlər var ki, neft və qaz kəmərlərinin üzərindədir. Elektrik xəttlərinin altında olanlar da var. Yəni bu evlərə sənəd vermək olmaz çünki onlar qeyri-qanunidir. Amma həmin insanları mənzillə təmin etmək lazımdır. Amma sənədsiz evlərin ən yaxın zamanda çıxarışla təmin olunacağı bildirilir”.

Aqil Qarayev

Tarix: 21 iyun 2023
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş