Xəbər lenti
Reklam
Qurban bayramında bunlara diqqət edin

Qurban bayramını daha sağlam keçirmək üçün qidalanmada çox diqqətli olmaq lazımdır.
Bayramda sağlamlıq problemi yaşamamaq üçün bir sıra üsulları bilmək lazımdır.
Gender.Az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Ayşenur Fişek qurban ətinin düzgün saxlanma üsulları haqqında məlumat verib.
A.Fişek, bayramda çox yeməyin zərərli olduğuna diqqət çəkib.
O bildirib ki, ətlə bağlı bilməli olduğumuz ən vacib şey tibb dilində 'Rigor Mortis' dediyimiz ölüm sərtliyinin keçməsini gözləməkdir. Ətin kəsimindən 6-12 saat ərzində ölüm sərtliyi baş verir. Bu insanları narahat etdiyi üçün əti kəsdikdən sonra 24 saat gözlətmək lazımdır.
Qurban əti, soyuducunun dondurucu bölməsində kublar, qiymə və ya qril şəklində ağzı bağlı saxlanmalıdır.
Ətin tərkibində sink, dəmir, maqnezium və B qrupu vitaminləri mövcuddur. Ətdə doymuş yağ var və xolesterolu yüksəkdir. Ətin yağsız hissəsini yesək də, qırmızı ətin orta yağlılığı 20 faizdir. Yetkin bir insanın ümumi gündəlik protein qəbulu orta hesabla kiloqram başına 1 q hesablanır.
Eyni zamanda bitki mənşəli protein mənbələri də daxildir. Məsələn, 50 kq çəkisi olan bir insan gündə orta hesabla 50 qram protein almalıdır. Həddindən artıq istehlak böyrək problemləri, qaraciyər yağlanması və xolesterin kimi sağlamlıq problemlərinə səbəb ola bilər.
Əlbəttə ki, hamiləlik və ya idman kimi xüsusi halları istisna etməliyik. Ümumiyyətlə, həftədə 2-3 gündən çox qırmızı ət istehlak etmək tövsiyə olunmur. Hər şeyi ölçülü şəkildə istehlak etmək vacibdir. Balanslaşdırılmış qidalanma sağlamlığın ilk şərtidir.
Bayram zamanı qovurma çox bişirildiyi üçün porsiyaya diqqət yetirilməlidir.
A.Fişek, bulqur plovunu məsləhət görüb. O bildirib ki, 3 xörək qaşığı düyünün 1 dilim çörəyə (30 qram) bərabər olduğunu bilə-bilə hər boşqabda nə qədər karbohidrat alacağımızı hesablayaraq yeyə bilərik.
Bayram desertləri məsələsi də son dərəcə vacibdir. Dietoloq, ağır səhər yeməkləri və desertlərlə pəhriz tətbiq etməyi məsləhət görməyib. \\BakuPost
Tarix: 20 iyun 2023
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş