Xəbər lenti
Reklam
Elşad Miri yeni açıqlaması ilə gündəmi alt-üst ETDİ - Bu şəxslər mütləq CƏHƏNNƏMƏ gedəcək?

Azərbaycan xalqı qədim adətlərə sahib ölkələrdən biridir. Ölkəmizin əksər bölgələrində mövcud olan əsas adətlərdən biri də bədəninin hər hansı bir nahiyəsi ambutasiya olan şəxsin həmin nahiyəsinin mütləq basdırılmasıdır. Bu adət ölkənin bir çox bölgələrində mövcuddur. Kimiləri bunun dinlə əlaqələndirir, kimiləri isə qolu və ya ayağı kəsilən şəxsin həmin nahiyələri basdırılmadığı təqdirdə onun cəhənnəmə gedəcəyini düşünür.
Məsələ ilə bağlı Referans.Az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, dində belə bir şey buyurulmayıb:
“İslam dinində nə belə bir məsələ var, nə də ki belə bir əmr buyurulub. Bu sadəcə sonradan yaranmış bir məsələdir. İnsanların bəziləri deyir ki, dinimizdə belə bir məsələ buyurulub, lakin bunların hamısı əsassızdır. Düzdür, belə adətlər mövcuddur. Özüm də dəfələrlə şahid olmuşam bir insanın əli və ya ayağı kəsildiyi zaman onu basdırırlar. Daha sonra həmin insan öləndə cəsədini gətirib həmin ambutasiya nahiyəsinin basdırıldığı yerdə basdırırlar. Amma bu təbii ki, düzgün deyil. Çünki belə olarsa, bəs təyyarə qəzasında əli-ayağını itirənlər, dənizdə batanlar, cəsədi yandırılanlar və yaxud tapılmayan cəsədlərlə bağlı nə edək? İnsanlar etdikləri əməllərə görə, cənnət və ya cəhənnəmə gedirlər. Bu onların bir növ mükafatlandırılmasıdır. Yəni bu kimi düşüncələr zaman-zaman bizim cəmiyyətimizdə olub və olacaq. Lakin insanlar gərək bir şeyi dinlə və ya hər hansı bir məsələylə əlaqələndirmədən öncə araşdırsınlar və dəqiq məlumatlara əsasən bir addım atsınlar”.

Aqil Qarayev

Tarix: 20 iyun 2023
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş