Xəbər lenti
Reklam
Alimlərdən HƏYACAN TƏBİLİ: “Fəlakətlər artacaq”

Son 20 ildə həm quraqlıq, həm də daşqınlar artıb. Çünki qlobal temperatur rekord səviyyəyə yüksəlib. 
NASA alimlərinin apardığı yeni araşdırma,  quraqlıq və daşqınların iqlim böhranı ilə əlaqəli olduğunu ortaya qoydu. Araşdırmada iqlim böhranı sürətləndikcə bu cür fəlakətlərin artacağı bildirilib.
Tədqiqatın aparıcı müəllifi Metyu Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına nəzər salaraq, yer üzündə su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib .
Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib.
Alimlər müəyyən ediblər ki,  2015-ci ildən bu yana  ekstremal hadisələrin intensivliyi və tezliyi artıb.
“Biz bunun qlobal istiləşmə ilə əlaqəli ola biləcəyini düşündük, çünki bilirik ki, son 7 ildə ən yüksək temperatur qeydə alınıb”- Rodell bildirib.
O qeyd edib ki, təhlillər nəticəsində iqlim böhranının təsirlərinin digər təbii göstəricilərdən daha güclü olduğunu təsbit ediblər.
Rodell, araşdırmanın insanlara qlobal temperaturun hər kiçik artımının vacib olduğunu və dünyanı istiləşdirən çirklənmənin artmasının qarşısını almağın  vacibliyini qeyd edib. \\Medianews.az

Tarix: 16 iyun 2023
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş