Xəbər lenti
Reklam
Tikintidə yeni qaydalar - Proses necə olacaq?

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanla tikinti sektorunda bürokratik əngəllərin aradan qaldırılması, yeni icra strukturlarına nəzarətlərin gücləndirilməsi və bir sıra planlar nəzərdə tutulacaq”.
Bunu açıqlamasında əmlak məsələləri tikinti üzrə ekspert Elnur Azadov bildirib. 
Onun sözlərinə görə, artıq qeyri-yaşayış təyinatlı tikintilərdə qanunsuz hərəkətlərin qarşısı alınacaq:
“Bununla da qanunvericiliyin normativlərinin icra olunması üçün nəzarət mexanizmi daha da güclənir.
Tikinti layihəsi torpaq hüdudlarından kənara çıxmamalıdır. Əvvəllər geniş tikililərin, ticarət obyektlərinin ərazisi tikinti zaman layihədən kənara çıxırdı.
Yeni qərarla, tikinti başlayan zaman aidiyyəti qurumların nəzarəti altında, sənədlərin düzgün olması təqdirdə inşa olacaq”.
O qeyd edib ki, şəffaflığın artırılması məqsədilə gələn ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən əldə edəcəklər:
“Sənədlər qaydasında olandan sonra hər tərəfi tikilmiş binaların dövlət qeydiyyatına keçməsi prosesi sadələşir və 15 gün ərzində olur. Bina layihəyə uyğun inşa olunubsa, istismara qəbul aktı aparılır. Nəticədə mülkiyyətçi həmin tikiliyə qeydiyyat sənədi əldə edir”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 
Fərman qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə imzalanıb. 
Sənədlə müəyyən edilib ki, 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi qaydaları həyata keçirilir. \\Ölkə.az

Tarix: 16 iyun 2023
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş