Xəbər lenti
Reklam
Kişilər üçün ayrılıqdan sonra edilməyəcək 8 HƏRƏKƏT

Ayrıldıqdan sonra bir müddət kədərli olmaq qədər təbii bir şey yoxdur. Hamımız insanıq. Bir nömrəli çözüm zamandır. Özünüzə qəhərin içində boğulmağa vaxt ayırsanıq, saatlar daha tez keçir. Hər kəsin ayrılığı özünədir təbii ki, ancaq aşağıda bir neçə ortaq xətadan bəhs edəcəyik.
Gender.Az xəbər verir ki, OLAY kişilərə ayrılıq sonra etməməkləri lazım olan 8 hərəkəti yığışdırmağı tövsiyyə edir:
1. "Spotify"dan kədərli musiqi paylaşmaq - Ya sevgilinizə mesaj yazmısınız, ya instaqrama "story"... Nə fərqi var?


2. İnstaqramda 50 nəfəri izləməyə almaq - Könül istər ki, yaşadığınız münasibət sizə hər kəsi izləmə azadlığı verən münasibət olsun, ancaq elə deyilsə, ayrılandan sonra "izləməyə al" butonun üstündə yatıb qalmaq lazım deyil. Qızlar heç yerə qaçmır.


3. Bəhanə tapıb mesaj atmaq - "Salam, ofisdə memar olan bir tanışın var deyə, soruşdular, anan ağlıma gəldi"... Həqiqətən, yetər artıq! "Darıxdım" kəlməsi 8 hərfdən ibarətdir. Özü də asan şəkildə yazsanız, həmin adamın 1 saatda yanınızda olma ehtimalı daha yüksəkdir.

4. Analara zəng - Sevgilinizin anasıyla sıx münasibət qura bilərsiniz, ancaq onlar qızların anası, evi, ən güvənli yerləridir. Orada da sizinlə qarşılaşsalar, hər şey alt-üst olar. İmkan verin, ora xanımlara özəl qalsın!


5. Ard-arda fotolar paylaşmaq - Münasibət boyunca instaqramda paylaşım etməyib, ayrıldıqdan sonra yaraşıqlı düşdüyünüz fotoları "Məkanın sahibi gəldi" mesajı verərək bölüşməyin. Məsləhətimiz odur ki, ailəniz, ya da yaxın dostlarınızdan biri ilə şəkillər paylaşın. Bu, daha həssas bir mövqe sərgiləyir.
6. Görəndə salam verməmək - Bir-birinizi çılpaq görmüş insanlarsınız, bir "salam" verin, mədəniyyətiniz olsun!


7. Eyni məkanda dik-dik baxmaq - Gəlin, belə edək: Ya siz məkandan ayrılın, ya o, ya da bir-birinizə nifrətlə baxmayın!


8. Ayrılıqdan dərhal sonra əşyaların dəyişdirilməsi - Tələsməyə ehtiyac yoxdur. Bu, çox yanlışdır. Çox ağrılı bir ayrılıq yaşamamısınızsa, əşyalar bir neçə həftə sonra dostlar vasitəsilə dəyişdirilə bilər.


Tarix: 12 iyun 2023
Baxış: 184

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş