Xəbər lenti
Reklam
Xalq artisti qızıl alan müəllimlərə arxa çıxdı: "Milyonda bir adam sınmaz..."

“Mənim konkret olaraq bir neçə yaralı yerim var. Onlardan biri də tədris, müəllim məsələsidir”. 
Gender.Az bildirir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında Xalq artisti, ssenarist və aktyor Şeyx Əbdül (Əbdül Mahmudov) Xırdalandakı məktəblərdə müəllimlərə qızıl zinət əşyaları hədiyyə edilməsi barədə danışarkən deyib. O hər bir dövlətdə prezidentdən tutmuş bütün vəzifəlilərə, o cümlədən sadə vətəndaşlara qədər hər bir kəsin müəllimi olduğunu deyərək bu peşəsinin vacibliyinə diqqət çəkib:
“Azərbaycan dövləti də, dövlətçiliyi, keçmişimiz, bu günümüz və sabahımız bilavasitə tədrisdən, elmdən, balalarımızdan asılıdır. Bunların da qarantı müəllimlərdir. Əgər gələcəyimizi etibar etdiyimiz müəllim kiminsə əlinə baxırsa, kimdənsə nəsə umursa, gözləyirsə, bu, əslində, müəllimlərin yox, bizim faciəmizdir. Ona görə də ilk növbədə hər şey müəllimlər üçün olmalıdır. Bu mənada kimsə müəllim üçün nəsə edib onun ehtiyaclarını qarşılayırsa, buna çox normal baxıram”.
Xalq artistinin fikrincə, bütün bunların baş verməsində təqsirkar nə valideynlər, nə də müəllimlərdir:
“Onsuz da bu gün tədrisin pis gündə olmasına görə bütün orta səviyyəli və imkanlı ailələr də kənarda uşaqları üçün müəllim tutur, onlara ətək-ətək pul verirlər. Hansı ki, müəllim 30 gün işləyir 300-400 manat maaş alır. Ona görə də hər bir halda müəllim kənarda qeyri-qanuni, ya da qanuni olaraq yaşamalı, dolanmalıdır. Bunu da ilk növbədə dövlət, xalq etməlidir. Əgər buna “məxfi yol “deyirlərsə, qeyri-qanuni kimi baxırlarsa, bunun səbəbi ortaya qoyulmalıdır. Ayda 5000-10 000 maaş verilsə, müəllim kiminsə əlinə baxar? Biz dovşana “qaç”, tazıya “tut” deyirik, sonra da başlayırıq ittiham etməyə. Bu yanaşma həddindən artıq haqsız, ədalətsizdir. İnsanların yaşamaq üçün hər şeydən əvvəl maddiyyata ehtiyacı var. Maddi təminatı olmayan milyonda bir adam sınmaz, o da ac qalar özünü qurudar, heç nəyə də nail olmaz.
İnsanların sosial təminatı qarşılanmalıdır, ələlxüsus da müəllimlərin. Sən niyə məcbur edirsən ki, müəllim kiminsə əlinə baxır, nə isə qəbul edir. Bu mənada sosial problem olaraq günahı səbəbdə görürəm. Müəllimləri də, şagirdlərin valideynlərini də buna təhrik edən səbəb sosial problemdir”.

Billurə Yunus

Tarix: 12 iyun 2023
Baxış: 207

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş