Xəbər lenti
Reklam
Levon Ter-Petrosyanın Rusiya səfiri ilə yeni görüşü diqqət çəkdi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün öz malikanəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin ilə görüş keçirib.
Bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb.
“Söhbət zamanı Ermənistan və Qarabağ ermənilərini narahat edən demək olar ki, bütün problemlərə toxunulub”, - deyə Musinyan qeyd edib.
Xatırladaq ki, Ermənistanın eks-prezidenti bu il yanvarın 27-də Rusiya səfiri ilə görüşmüşdü. Həmin vaxt tərəflər Laçın dəhlizinin bağlanması problemini müzakirə etmişdilər. \\Musavat.com
Tarix: 08 iyun 2023
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş