Xəbər lenti
Reklam
Bu ölkə də Azərbaycandan qaz almaq istəyir

Rumıniyanın çox nüfuzlu “Cotidianul” qəzeti ölkənin energetika naziri Vircil Daniel Popeskuya istinadla qeyd edir ki, ölkəsi 2024-cü ildə Azərbaycandan qaz tədarükünü davam etdirmək niyyətindədir.
Məqalədə bildirilir ki, 2024-cü ildən sonra təkcə qazın tədarükünə dair yeni müqavilələrin bağlanması deyil, həm də qarşılıqlı maraq doğuran digər potensial layihələr vasitəsilə iki ölkə arasında əməkdaşlığı davam etmək planlaşdırılır.
Qeyd edək ki, 2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası zamanı SOCAR və Rumıniyanın enerji şirkəti “Romgaz S.A.” arasında qaz tədarükü haqqında müqavilə imzalanıb. Müqavilə 2023-cü ildən 2024-cü ilə qədər Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. \\Axar.Az

Tarix: 06 iyun 2023
Baxış: 115

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş