Baba Pünhanın qızı Elşən Binəqədini ittiham etdi: “Şeirə belə məşhurluq lazım deyil” - VİDEO
“Elşən Binəqədi şairdirsə, bilməlidir ki, kiminsə şeirini səsləndirəndə möhürbəndi demək lazımdır”. Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində satirik şair Baba Pünhanın qızı Cəmalə Əliyeva deyib.
O, Baba Pünhanın “Mən nə dedim ki?!” şeirinin sosial şəbəkələrdə meyxanaçı Elşən Binəqədinin adından paylaşılmasına etiraz edib.
“Elşən Binəqədi bu şeiri söyləyərək məşhurlaşsa da, insanlara düzgün çatdırmayıb. Atam onu gözünün yaşı axa-axa yazıb. Bu şeirə belə məşhurluq lazım deyil”, - C.Əliyevə deyib.