Xəbər lenti
Reklam
Türkiyənin yeni nazirləri GÖRÜN kimlərdir - ŞOK SİYAHI

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.
Sonra Türkiyə liderinin səlahiyyətlərinin icrasına başlaması münasibətilə xüsusi tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan hökumət kabinetinin bu axşam açıqlanacağını bildirib. O, kabinetin ilk iclasının çərşənbə axşamı günü keçiriləcəyini diqqətə çatdırıb.
Türkiyə və dünya mətbuatında yeni hökumət kabinetində kimlərin təmsil olunacağı barədə müxtəlif məlumatlar yayılıb. İlkin ehtimala görə, aşağıdakı siyasətçilər Türkiyənin yeni hökumətində təmsil olunacaqlar:

Xarici işlər naziri: Hakan Fidan
Ədliyyə naziri: Bülent Turan
Daxili işlər naziri: Ali Yerlikaya
Energetika naziri: Alparslan Bayraktar
İqtisadiyyat naziri: Mehmet Şimşək
Ticarət nazuru: Lütfi Elvan
Ekologiya və şəhərsalma naziri: Uğur İbrahim Altay
Səhiyyə naziri: Fahrettin Koca
Mədəniyyət və turizm naziri: Mehmet Nuri Ersoy
Gənclər və idman naziri: Abdullah Eren
Ailə və sosial siyasətlər naziri: Kübra Güran Yiğitbaşı
Kənd təsərrüfatı naziri: İbrahim Yumaklı
Sənaye naziri: M. Fatih Kacır
Milli müdafiə naziri: Yaşar Gülər
Əmək və sosial müdafiə naziri: Cevdet Yılmaz

Mətbuatda yayılan digər məlumata görə, Türkiyə Prezidentinin hazırkı sözçüsü İbrahim Kalın ölkənin Milli Kəşfiyyat Təşkilatına rəhbərlik edəcək. Onun vəzifəsini isə Çağatay Kılıç icra edəcək. \\Modern.az
Tarix: 03 iyun 2023
Baxış: 184

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş