Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Bərdə sakini anasını və qardaşının həyat yoldaşını bıçaqlayıb

Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gender.Az-a verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.

Tarix: 03 iyun 2023
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş