Xəbər lenti
Reklam
Gürcüstanda azərbaycanlı şagirdlər qazdan zəhərləndi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin 6 nömrəli ictimai məktəbinin şagirdləri qaz sızmasından zəhərləniblər.
Gender.Az xəbər verir ki, faktı Marneuli Resurs Mərkəzi (maarif şöbəsi) təsdiqləyib.
Məlumata görə, qaz sızması nəticəsində məktəbin 3 şagirdi huşunu itirib. Onların xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Zəhərli qazın məktəb binasının yaxınlığındakı müəssisələrdən birindən sızdığı, məktəblə əlaqəli olmadığı açıqlanıb. Təhlükəsizlik səbəbilə məktəb binasında təxliyə həyata keçirilib (apa).

Tarix: 25 aprel 2023
Baxış: 198

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş