Xəbər lenti
Reklam
Paşinyan: Müharibə vaxtı kabinetimə daxil olub bu sözləri dedi

“Əgər biz “5-ci kolon” üçün çox formal əsaslandırma istəyiriksə, o zaman mənim əlimdəki hesabatda bununla bağlı çox aydın yazılıb. Təxminən 53 nəfərə, o cümlədən hərbi qulluqçulara, yüksək rütbəli zabitlərə dövlətə xəyanət ittihamı ilə cinayət işi başlanıb”.
Bu barədə Ermənistan baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Bilirsiniz də xəyanət nədir? Həmin insanlar öz mövqelərini pulla satıblar”, - o deyib.
Hökumət başçısının sözlərinə görə, müharibə vaxtı qohumlarından biri kabinetində ona deyib ki, yüksək rütbəli hərbçi qoşunlar arasında panika yayır: “Həmin şəxsin adını və soyadını da həmyerlim verib. Mənə bildirdi ki, o adam qoşunlar arasında panika salır, deyir ki, Nikol torpaqları verib. Bu zaman mən hətta qohumumu otaqdan çıxarıb dedim: Gəlib mənə Ermənistan ordusunun zabiti haqqında nəsə deyirsən? Ailə üzvümü, qohumumu yalnız ona görə qovmuşam ki, müharibə vaxtı yanıma necə gəlib belə şeylər deyirsən”, - o əlavə edib. \\Ölkə.Az

Tarix: 18 aprel 2023
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş