Xəbər lenti
Reklam
Lavrov xarici səfərə fərqli geyimdə getdi, müzakirəyə səbəb oldu - FOTO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyaya rəsmi səfər edib. Rusiyalı nazirin səfərə rəsmi geyimdə getməməsi diqqət çəkib.
Gender.Az xəbər verir ki, Rusiya XİN-in Tvitter hesabında paylaşdığı fotolardan görünür ki, Lavrov səfərə cins şalvar və idman ayaqqabısı ilə yollanıb.
Lavrovun bütün tədbirlərə rəsmi geyimdə qatılması fonunda onun bu səfərə qeyri-rəsmi formada yollanması sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.
Qeyd edək ki, Sergey Lavrov 2016-cı ildə Monqolustana səfəri zamanı da qeyri-rəsmi geyimə üstünlük vermişdi. Nazir bu zaman da öz seçiminə görə müzakirələrə səbəb olmuşdu.





 
Manset.az
Tarix: 17 aprel 2023
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş