Xəbər lenti
Reklam
Paşinyana çətir atan qadına cinayət işi açıldı

Ermənistanın İstintaq Komitəsi baş nazir Nikol Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb.
Gender.Az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 10-da Ermənistanın baş naziri Vayodzor rayonunun Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın tərəfindən “hücuma məruz qalıb”. Belə ki, yerli sakin “polisin tələblərinə məhəl qoymadan baş nazirin qanuni rəsmi fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd göstərərək Nikol Paşinyana çətir atıb”, - mətbuat xidmətindən bildirilib.
Faktla bağlı sui-qəsdə cəhd, vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmaq məqsədilə vəzifəli şəxsə qarşı zorakılıq maddələri ilə cinayət işi başlanıb.
Qadın saxlanılaraq prosesi aparan orqana aparılıb. Günahı sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Tarix: 10 aprel 2023
Baxış: 154

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş