Xəbər lenti
Reklam
"İrəvan üçün təhlükə reallaşıb, Kopırkin Ermənistanın işğalına işarə edir" - Mnatsakanyan

“Ermənistan üçün NATO-ya üzvlük KTMT-dən daha şərəfli və təhlükəsiz olardı”.

Gender.Az xəbər verir ki, bu fikirlər erməni analitik Romella Mnatsakanyanın məqaləsində yer alıb: “Səfir Kopirkin aşkarda olan məsələləri “başa düşmürmüş” kimi davranır. Məsələn, Rusiyanın Ukraynada başlatdığı müharibəyə ümidlə baxması ilə seçilir. Təbii ki, biz Rusiyanın erkən məğlubiyyətinə ümid edirik. Çünki onun qələbəsi bizim hamımız üçün uzunmüddətli təhlükə deməkdir. Türkiyə ilə hərbi-siyasi ittifaq bağlayan Azərbaycan özünü nisbətən təhlükəsiz hiss edə bilər. Lakin Moldova üçün vəziyyət daha təhlükəlidir. Çünki Rusiya hərbi bazası Dnestryanı ərazidə yerləşir və Kreml Ukraynada qalib gələrsə, mütləq hərəkətə keçəcək. Ermənistan üçün isə təhlükə artıq reallaşıb. “102-ci hərbi baza fəaliyyət göstərir, rus sərhədçilərinin sayı artıb. Səfir Kopırkin də bu cür fikirlər səsləndirir. Reallıqda isə o, Ermənistanın işğalına işarə edir”, – Mnatsakanyan vurğulayıb.

“Dövlətimiz üçün NATO-ya üzvlük KTMT-dən daha şərəfli və təhlükəsiz olardı. Rusiyanın deyil, Amerika və ya NATO hərbi bazasının ölkəmizdə olması bizim üçün şərəfdir. Və NATO-nun “Artsax”dakı sülhməramlı missiyasına daha çox üstünlük verilir. Çətin ki, səfir Kopirkin niyə bu birləşmələrin bizim üçün daha üstün hesab edildiyini anlamasın. Eyni zamanda, Ermənistan NATO-nun üzvü olsaydı, Azərbaycan-Türkiyə tandemi heç vaxt bizimlə müharibəyə qərar verməzdi. Amma ölkəmizin KTMT-yə üzv olması düşmənin bu planlarına mane olmadı. Putin bütün dünyaya hərbi cinayətkar elan ediləndən sonra indi hansı reputasiyaya sahib ola bilər?! Bəli, SSRİ, Macarıstana, Çexoslovakiyaya, Əfqanıstana qoşun yeritdi. Lakin SSRİ rəhbərləri heç vaxt Putinin vəziyyətinə düşməyiblər. Onlar hərbi cinayətkar elan edilməyiblər. Doğrudur, Kremlin Ermənistana təzyiq göstərmək üçün lazım olan resursları hələ də var. Amma onun isteriyası Kremlin öz real mövqeyini anladığını göstərir. Biz Rusiyanın degenerasiya prosesini, onun tərəqqidən reqressiyaya doğru yön almasını görürük. Və bu fonda səfir Kopırkinin sözləri sadəcə istehza doğurur. Baxmayaraq ki, heç nəyə təəccüblənməməliyik”, – deyə erməni analitik fikirlərini tamamlayıb. \\KONKRET.az
Tarix: 10 aprel 2023
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş