Xəbər lenti
Reklam
Şagirdə döşəmə sildirilən məktəbin direktorla bağlı qərar verildi

Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə dərsə gecikən şagirdi cəzalandıran müəllimdən xəbər var.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərsə gecikən şagirdə cəza verən müəllimlə profilaktik söhbət aparılıb. Məktəbin direktoru Elnura Cavadzadəyə isə töhmət verilib.
Eyni zamanda, şagirdlə də profilaktik söhbət aparılıb.
Qeyd edək ki, bir müddət əvvəl Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün müəllimə ona məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, şagirdə məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib.
Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim də iddia etmişdi ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır.

Tarix: 05 aprel 2023
Baxış: 158

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş