Redaktor seçimi
    Xankəndidə ermənilər Azərbaycan vətəndaşlığı tələb edir: Araik-Ruben cütlüyü kütləvi prosesin qarşısında aciz qalıb
Xəbər lenti
Reklam
Wi-Fi-nizin sürətinizi necə artıra bilərsiniz? - Beş asan yol

Ev Wi-Fi ən vacib anda atmağa və ya "gicləməyə" meyilli olur. Və çox da vaxt naməlum səbəblərdən olur bu. Yaxşı xəbər odur ki, sürətsiz internet bağlantısını düzəltmək adətən asandır və sizdən yeni ISP tapmağınızı tələb etmir. 
Gender.Az DailyMail-ə sürətləndirməyə kömək edəcək 5 məsləhət toplayıb.

1. Royteri açıq sahəyə köçürün

Royteriniz (ötürücü. –red.) radio ötürücüdür və sürətli qoşulma tələb edən cihazlara (məsələn, smart televizorlar və noutbuklar) mümkün qədər yaxın olmalıdır - ideal olaraq göz önündə olmalıdır. Divarlar, şkaflar və hətta kitab rəfləri Wi-Fi siqnalınızı zəiflədə bilər.

Əgər iki mərtəbəli evdə yaşayırsınızsa, ən yaxşı siqnalı əldə etmək üçün Wi-Fi royterinizi mümkün qədər yuxarı qaldırmağa çalışın.

Həm də unutmayın ki, royterinizi evinizin "kənarına" qoyursanız, siqnalın yarısı çöldən ötürüləcək, ona görə də onu pəncərənin yanına qoymayın və qonşularınızla paylaşdığınız divarlardan uzaq tutun. 

2. Kanalı və ya diapazonu dəyişdirin

Wi-Fi siqnalı kanallara bölünür və ötürücü onlardan birini evdəki cihazlarla əlaqə saxlamaq üçün istifadə edir. Xüsusilə birdən çox insanın Wi-Fi-dan istifadə etdiyi və hamısının eyni kanalda olduğu binada yaşayırsınızsa, bu, əlaqə sürətinə təsir edə bilər.

Başqa kanala keçid bu problemi həll edə bilər. Bunu etmək üçün, xüsusi ötürücünüzdə  kanalı necə dəyişdirəcəyinizi öyrənin: təlimatlar adətən admin menyusunda 192.168.1.1 və ya 192.168.0.1-də tapıla bilər. 1, 6 və 11-ci kanalları sınayın, çünki onlar birdən çox cihazı birləşdirərkən ən az müdaxiləyə malikdirlər.

3. Mümkün olan yerlərdə kabellərdən istifadə edin

Bir çox cihazınız varsa, ən yaxşı sürəti əldə etmək üçün hərəkət etməyənləri (televizorlar və ya oyun konsolları) Ethernet kabeli ilə birləşdirməyiniz sürəti artıra bilər.

4. Antenaları fırladın

Royterinizdəki antenalar (əgər onlar varsa) Wi-Fi sürətinizi artırmağa kömək edə bilər.

Bir mənzildə yaşayırsınızsa, onları şaquli olaraq yerləşdirin ki, siqnal yanlara yayılsın. Böyük fərdi evlərin sahibləri üçün mərtəbələr arasında yayım üçün bir antenanı şaquli, digərini isə üfüqi olaraq qoymaq daha yaxşıdır.

5. Royterinizi yeniləyin

Əgər yenə heç nə kömək etməzsə, daha yeni bir ötürücü almaq və ya tamamilə yuvalı şəbəkə qurmaq vaxtı çatıb - bu, divarları deşmədən və ya kabel çəkmədən şəbəkənizi bir neçə otaqda genişləndirməyin asan yoludur.\\Qaynarinfo

Tarix: 21 yanvar 2023
Baxış: 44

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}