Xəbər lenti
Reklam
"Azərbaycan Laçın dəhlizini BAĞLAYACAQ" - Simonyan

“Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması üçün zəmin hazırlayır”.
Bunu Moskvada KTMT Parlament Assambleyasının plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, Azərbaycan Qarabağı Ermənistanın cənub hissəsi ilə birləşdirən Laçın dəhlizinin bağlanması üçün zəmin hazırlayır.
“Bu gün bizim qarşımızda Qarabağ əhalisini qorumaq vəzifəsi durur. Azərbaycan bəyan etməyə başlayıb ki, Qarabağ problemi artıq mövcud deyil, həmçinin Qarabağın yerli erməni əhalisi anlayışı da yoxdur. Bu yaxınlarda Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarından  Qarabağ adından və erməni toponimlərindən istifadə etməməyi tələb edib”, – Simonyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın Laçın dəhlizini bağlamaq istəmədiyini görür və bu, Qarabağ ermənilərinin həyat təminatı üçün böyük humanitar əhəmiyyət kəsb edir.
“Yuxarıda deyilənləri ümumiləşdirsək, “etnik təmizləmə və soyqırım” təhlükəsi artmaqdadır. Azərbaycan beynəlxalq tərəfdaşların səylərini “boykot və inkar edir”, mandatı hələ Azərbaycan tərəfindən təsdiqlənməmiş Rusiya sülhməramlılarına qarşı hücumlar səslənir”, – deyə Simonyan böhtanlar uydurub.
Bundan əlavə, Ermənistan parlamentinin sədri deyib ki, Azərbaycan Ermənistanın ərazilərini işğal edib. Bu, KTMT-nin məsuliyyəti zonasında üçüncü dövlətlərin Silahlı Qüvvələrinin olması deməkdir.
“Bunu necə izah edəcəyimi və ya həmkarlarımızın bu vəziyyətin davam etməsini necə gördüyünü bilmirəm, lakin Azərbaycanın aqressiyası artır”, – deyə o, cəfəng fikirlərini tamamlayıb. \\KONKRET.az

Tarix: 05 dekabr 2022
Baxış: 307

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş