Redaktor seçimi
    Bu şəxslər yenidən müddətli həqiqi hərbi xidmətə göndəriləcəklər
Xəbər lenti
Reklam
Şamaxıda müəllim şagirdi döyüb - ŞOK SƏBƏB+YENİLƏNİB (VİDEO)

Şamaxıda 7-ci sinif şagirdini döydüyü idda edilən tarix müəllimi Təranə Əsgərova hadisə barədə danışıb.
Gender.Az-ın məlumatına görə, şagirdi döydüyü iddia edilən müəllimə Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu bildirib.
O, şagirdinə qarşı şiddət göstərmədiyini dilə gətirib.
Məktəbli isə iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə döyülüb.
Hadisədən xəbər tutan şagirdin anası məktəbə gedib. Valideyn müəllimin üzr istəməsini tələb edib. İddia edilir ki, direktor otağında valideynlə müəllim arasında mübahisə yaşanıb.
Məsələylə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi münasibət bildirib.
Bildirilib ki, təhsil ocağında baş verdiyi iddia edilən xoşagəlməz hadisənin təfərrüatlarına aydınlıq gətirildikdən sonra məsləyə hüquqi qiymət veriləcək.
Daha ətraflı süjetdə:


***
 
Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma başladılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
O bildirib ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ötən gün Şamaxı şəhəri 3 saylı tam orta məktəbin 7-ci sinif şagirdi R.İ.-nin həmin məktəbin tarix müəllimi Təranə Əsgərova tərəfindən döyüldüyü iddia edilib.
 
 
Mənbə: Xezerxeber.Az
Tarix: 02 dekabr 2022
Baxış: 1 932

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş