Xəbər lenti
Reklam
3 Dekabr - Beynəlxalq Əlillər Günüdür

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.
Gender.az xəbər verir ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub.

Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Əlillər Günü çox vaxt unudulan və ya cəmiyyətdən kənarlaşdırılan əlilliyi olan insanlar və onların ehtiyacları haqqında məlumatlılığın artırılması və onların dərk edilməsi üçün xüsusi bir gündür. Əlilliyi olan insanların töhfələrini və nailiyyətlərini təbliğ etmək və sosial şüurun yaradılması üçün qeyd olunur.

Tarix: 02 dekabr 2022
Baxış: 376

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş