Xəbər lenti
Reklam
Məmməd Arazın arxiv görüntülərini yayıldı - VİDEO

Azərbaycan Televiziyası arxivindən uzun müddətdir işıq üzü görməmiş yeni kadrlar yayımlayıb.
Gender.Az xəbər verir ki, “AzTV Tarix” yutub kanalında yayımlanmış arxiv materiallarda Xalq şairi Məmməd Arazın unikal görüntüləri var. Görüntülər AzTV-nin 2006-cı ildə M.Arazın xatirə gününə həsr etdiyi “Məni şeirində gəz…” sənədli filmində yayımlanıb. Filmdə Azərbaycan Televiziyasının xalqımızın maddi-mənəvi sərvəti hesab olunan arxivinə müraciət olunub, Xalq şairinin müxtəlif vaxtlarda çəkilmiş kadrlarından istifadə olunub.
Sənədli filmdə Məmməd Arazın məşhur “Azərbaycan” şeiri səsləndirilib.
Qeyd edək ki, Xalq şairi Məmməd Araz 2004-cü il dekabrın 1-də vəfat edib.
Onu da bildirək ki, Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu istiqamətdə işlərə başlanılıb.

 

Tarix: 01 dekabr 2022
Baxış: 1 317

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş