Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Maskın şirkəti insana çip yerləşdirəcək - VİDEO

Amerikalı milyarder Elon Maskın "Neuralink" şirkəti altı ay ərzində kompüter və telefondan təmassız istifadə etmək üçün insana çip taxmağı planlaşdırır.
Bu barədə o, mətbuat konfransında məlumat verib.
“Biz düşünürük ki, təxminən altı aydan sonra insana ilk çipi implantasiya edə biləcəyik”, – Mask mətbuat konfransında deyib.
O, şirkətin diqqətli davranacağına söz veri və əvvəlki analoji tədqiqatlar zamanı çipin heyvanlara implantasiyası zamanı artıq lazımi ehtiyat tədbirlərinin görüldüyünə əmin oluğunu qeyd edib.
Mask vurğulayıb ki, icazə almaq üçün lazım olan sənədlərin əksəriyyəti artıq ABŞ Qida və Dərman Administrasiyasına təqdim edilib.
Qeyd edək ki, "Neuralink" startapı 2016-cı ildə Mask tərəfindən neyron interfeyslərin inkişafı və tam avtomatik rejimdə beyinə demək olar ki, qeyri-məhdud sayda elektrodların implantasiyasına imkan verən robotların yaradılması üzrə aparıcı mütəxəssislərin səylərini birləşdirmək üçün yaradılıb.
İş adamının fikrincə, uzunmüddətli perspektivdə bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.
2021-ci ilin fevral ayında "Neuralink" meymunlar üzərində çip üzərində araşdırma aparıb. Şirkətin məlumatına görə, çiplə əlaqə "iPhone" vasitəsilə həyata keçirilir.
Mütəxəssislər meymuna beyin gücü ilə kursoru ekranda hərəkət etdirməyi öyrədiblər.





Redaktor.Az

Tarix: 01 dekabr 2022
Baxış: 416

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş