Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Aqil Abbas şeirləri İrəvanda çap olunan şairlərimizdən danışdı: “Niyə ermənilərə şeir göndəriblər?”

Xəbər verdiyimiz kimi, azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antologiyaya salınıb. Erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antologiyaya, tanınmış şairlərimiz Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin, Günel Mövludun, Nərmin Kamalın, Babi Bədəlovun və Alyoşanın şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib.

Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında bunun xoş niyyətdən irəli gəlmədiyini dilə gətirib:

“Ermənidə kişilik yoxdur ki, xalq diplomatiyasına girsin. Azərbaycan şairlərinin şeirlərini çap etməklərində də hansısa məqsədləri var və bunun xoş niyyətdən irəli gəldiyini zənn etmirəm. İndi Aqşin Yeniseyin və digərlərinin şeirlərini çap ediblər. Aqşin Yenisey çox gözəl şairdir, istedadlı oğlandır. İndi yəqin hansısa erməninin xoşuna gəlibdir. Amma bunun altında hansısa məqsəd var və onu deyə bilmərəm. Şairlərin şeirlərini çap etməklə, Ermənistanla sülh olmur. 

Erməninin qarnının altında nə var, hələ dünyanın ondan xəbəri yoxdur. Dünya bilmir ki, bu şeytanlar nələr fikirləşir. Görürəm ki, bunu da həmin şairlərə qarşı istifadə edirlər və bu, səhv hərəkətdir. Bizim şairlərimizin onlara şeir göndərməklərinə də yaxşı baxmıram. Niyə buradan ermənilərə şeir göndəriblər? Ümumiyyətlə, mən əvvəldən xalq diplomatiyasının əleyhinə olmuşam. Xalq diplomatiyası sülh bağlanandan sonra ola bilər. Həmişə bir-birimizi qırmayacaq ki? Yollar açılandan, sərhədlər müəyyən olunandan sonra xalq diplomatiyası işləyəcək və dövlət səviyyəsində də bu istiqamətdə işlər görüləcək. Bunlar olmamış ermənilər dostluq əli uzatmağın tərəfdarı deyiləm”.

Nəzrin  
Tarix: 24 noyabr 2022
Baxış: 172

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş