"Kiyevdə su təchizatı tamamilə kəsilib" - Kiyevin meri Vitali Kliçko
Vitali Kliçko bütün şəhərdə suyun verilişinin dayandırıldığını açıqlayıb.
Gender.Az xəbər verir ki, bununla əlaqədar Telegram kanalında sakinlərdən ehtiyat su yığmaq xahiş edilib.
"Kiyevvodokanal"ın mütəxəssisləri suyun bərpası üçün çalışırlar", - deyə Ukrayna paytaxtının rəhbəri bildirib.
Çərşənbə günü, noyabrın 23-də Ukraynanın demək olar ki, bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Bunun ardınca raketlərin gəlişindən sonra partlayışlar barədə xəbərlər yayılıb. Nəticədə Kiyev hakimiyyəti infrastruktur obyektinə zərbə endirdiyini bildirib.
Bundan sonra şəhərin bir sıra rayonlarında elektrik enerjisi və su təchizatı kəsilib.Mobil rabitə və internetin işində fasilələr barədə məlumatlar var.
Sonradan məlum oldu ki, işıq ümumən bütün Ukraynada kəsilib.
Mənbə:Mk.ru
Tarix: 23 noyabr 2022
Baxış: 105
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Telegramda paylaş