Redaktor seçimi
    AzTv ailəsində möhtəsəm toy - FOTOLAR
Xəbər lenti
Reklam
Türk Hava Yolları BU REYSLƏRİ ləğv etdi

Türk Hava Yolları Kalininqraddan Antalyaya qış çarter reyslərini ləğv edib.

Gender.Az xəbər verir ki, bu barədə Xrabrovo hava limanının mətbuat xidməti xəbər verib.

“Xrabrovo Hava Limanı Türk Hava Yollarından 22 noyabr 2022-ci il tarixindən 24 mart 2023-cü il tarixədək Antalyaya əvvəlcədən razılaşdırılmış reyslərin ləğvi ilə bağlı bildiriş alıb”, - deyə mətbuat xidmətindən bildirilib.

Hava Limanı İdarəsi qeyd edib ki, aviaşirkət öz qərarı üçün səbəb göstərməyib. Yayda Xrabrovodan uçuşlar Türk Hava Yollarının törəmə şirkəti olan “AnadoluJet” tərəfindən həyata keçirilirdi.

Bundan əvvəl aviaşirkət Yekaterinburq, Minsk, Soçi, Krasnodar və Rostova uçuşları dayandırmaq qərarını ilin sonuna qədər uzadıb.\\Unikal

Tarix: 21 noyabr 2022
Baxış: 38

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}