Bakı Nəqliyyat Agentliyi və digər əlaqədar dövlət orqanlarının nəzərinə Bu gün (01 noyabr) işdən sonra metronun 28 may stansiyasının yanındakı mağazadan çıxıb evə gəlmək üçün taksi sifariş verdim. Lakin tıxac səbəbindən taksinin gəlmədiyini görüb, 14 saylı marşurut avtobusa yaxınlaşdım (marşurutun başlanğıcında idim). Sıxlıq oldugunu görüb, avtobusa minmədim ki, nöbvəti avtobusa minərəm. saat 18:22-də avtobus yola düşdü. Ondan sonra mən arxada gözləyən digər 14 saylı avtobusa oturdum. Lakin, əvvəlki avtobusun yola düşməsindən 20 dəqiqə keçsə də bu avtobus hərəkət etmək bilmirdi. Nəhayət 18:48 oldu, yəni interval 26 dəqiqəyə çatdı. sürücünün hərəkət etmək istəmədiyini görüb, dilləndim ki, qabaqkı avtobusun yola düşməsindən 26 dəqiqə keçib, nə vaxt hərəkət edəcəksiniz? Sürücü orta qapını açıb dedi ki, biz belə sürürük, xoşun gəlmirsə düşə bilərsən. Sürücüyə izah etdim ki, bu avtobus sənə əcdadlarından miras qalmayıb, dölət büdcəsi hesabına alınmış avtobusdur. Dövlət büdcəsi isə, vətəndaşlardan yığılmış vergi hesabına formalaşır. Demək bizim vətəndaş olaraq hər bir avtobusda payımız (haqqımız) var. odur ki, sənin sərnişini düşürməyə ixtiyarın yoxdur. Əksinə, sənin keyfiyyətsiz xidmətinə (28 dəqiqə intervalla hərəkətə başladığına) və mədəniyyətsizliyinə görə srnişinin haqqı var ki, sürücüdən şikayət etsin və haqqına girdiyi, vaxtını oğurladığı üçün cəzalandırılmasıını tələb etsin. Nəhayət 28 dəqiqə intervalla marşurutun başlanğıcından yola düşdü. Bu cür hadisələr vətəndaşlarımızın hər gün qarşılaşdığı və onları narahat edən problemlər olduğundan burada işıqlandırdım ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) diqqətini cəlb etsin və tədbir görsün. Agentliyin borcudur ki, işə götürdüyü sürücülərin təhsilli olmasına diqqət yetirsin. Əgər təhsili yoxdursa, heç olmasa sürücüyə başa salsın ki, bu avtobus sənin şəxsi mülkiyyətin olmadığına və ata-babandan sənə miras qalmadığına görə sənin bu avtobusdan heç bir sərnişini düşürmək ixtiyarın yoxdur və sərnişinlə mədəni rəftar eləmək, intervala düzgün riayət etmək sənin vəzifə borcundur. Düzdür, bunu mən sürücünün birinə başa saldım, ancaq mənim o qədər vaxtım yoxdur ki, bir-bir bütün avtobuslara minib sürücüləri maarifləndirim. Bu işi BNA görməlidir və ümid edirəm ki, bundan sonra görəcəkdir. Yeri gəlmişkən onu da qeyd edim ki, Bakıda yaşanan dəhşətli tıxac probleminin bir nömrəli səbəbi bütün marşurut avtobuslarının 20-25 dəqiqə (14 saylı marşurutun 28 dəqiqə) intervalla hərəkət etməsidir. Sərnişinlərin bir qismi bu qədər vaxtı gözləyə bilmədiklərindən, digər qismi isə, avtobusdakı sıxlıq səbəbindən taksi ilə hərəkət etmək məcburiyyətində qalır ki, bu da tıxacların yaranmasına, şəhər nəqliyyatının iflic olmasına gətirib çıxarır. BNA-nin vəzifəsidir ki, marşurut avtobuslarının intervalına nəzarət etsin və hansı nəqliyyat şirkəti sərnişini daşıyıb çatdıra bilmirsə (intervalı çoxdursa) ora başqa bir şirkəti də cəlb etsin ki, avtobuslar həmişə olduğu kimi 5-7 dəqiqə intervalla hərəkət edə bilsin. Belə olsa həm şəhərdə sıxlıq olmaz, həm də bizim kimi işdən yorğun çıxan sərnişinlər sürücüyə qanunları başa salmaq məcburiyyətində qalmazlar. Ümid edirəm ki, əlaqədar təşkilatlar bu problemin həlli ilə məşğul olacaqlar.
Paşa Yaqub - həkim
Gender.Az