Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
"İran Güney Azərbaycanı farslaşdırıb sıradan çıxarmağa çalışır" - Sədrəddin Soltan

"İran hakimiyyəti Azərbaycan Respublikası 1918-ci ildə yarandığı, sonrakı mərhələdə öz müstəqilliyini bərpa etdiyi gündən indiyə qədər Azərbaycanı sevmir".
Gender.Az bildirir ki, bu barədə Redaktor.Az-a Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan son vaxtlar İranın yenidən Azərbaycana qarşı apardığı təbliğatla bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, İran istər monarxiya dövründə, istər indiki İslam Respublikası dövründə anti-Azərbaycan mövqeyində olub:
"Çünki İrandakı hakimiyyət Azərbaycan Respublikasının varlığını İranın mövcudluğu üçün təhlükə hesab edir. Bunun əsas səbəbi İranda 30-35 milyondan çox Güney azərbaycanlı türkünün milli haqqının təmin olunmamasıdır. Əgər Güney Azərbaycan türkünün milli haqqı təmin olunsa idi, heç İran hakimiyyəti, yaxud İran mərkəzli fars düşüncə sistemi ideologiyasının təmsilçiləri bu qədər təşvişə düşüb Azərbaycan Respublikasına qarşı belə təbliğat aparmazdılar”.
S.Soltan əlavə etdi ki, Güney Azərbaycan türkünün öz dilində nə bir məktəbi var, nə də milli mədəni sahəsini inkişaf etdirmək üçün dövlət tərəfindən yardım verilir.
“Bütün bunların hamısını Güney Azərbaycanda ayrı-ayrı fədakar insanlar müxtəlif dərnəklər, ocaqlar yaratmaqla inkişaf etdirirlər. Çünki İranda regional, yerli, məhəlli mədəniyyətlərin, dilin inkişafı üçün konstitusiyada uyğun maddələr var. İran hakimiyyəti hətta özünün qəbul etdiyi konstitusiyanın uyğun müddəalarını həyata belə keçirmir. Onun da əsas səbəbi İranın Güney Azərbaycan türkünün öz milli haqqını əldə etməsindən narahat olmasıdır. Deməli, İrandakı fars mərkəzli düşüncə sisteminin qorxusu təkcə Azərbaycan Respublikasından deyil, həm də Güney Azərbaycan türkündəndir. Bütövlükdə Azərbaycan türkündən qorxur, ehtiyat edir ki, onların birgə fəaliyyəti İranın mövcudluğuna təhlükə yarada bilər. Ona görə də, ciddi cəhdlərlə Güney Azərbaycanı farslaşdırıb sıradan çıxarmağa çalışır, həm də müxtəlif təbliğat və maneələrlə Azərbaycan Respublikasının zəif düşməsinə cəhd göstərir”, - deyə o, qeyd edib.

Nərmin VÜQARQIZI

Tarix: 31 oktyabr 2022
Baxış: 310

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş