“Qarabağsız Ermənistan yoxdur”.
Bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Qarabağ xalqı Ermənistan əhalisinin əksəriyyətinin onların yanında olmasına əmin olmalıdır.
“Qarabağsız Ermənistan yoxdur!
Sabah, oktyabrın 30-da Xankəndidə Qarabağın “müstəqilliyinə dəstək” aksiyası keçiriləcək. Ermənistanın müxalifətçiləri bu barədə nə düşünür, bilmirəm. Hələlik heç bir elan yoxdur. Əminəm ki, Ermənistandakı insanlar eyni zamanda Qarabağlı soydaşlarımızla həmrəylik əlaməti olaraq ayağa qalxmalıdır. Qarabağ əmin olmalıdır ki, Ermənistan əhalisinin əksəriyyəti onun yanındadır və Qarabağın “satışı” ilə bağlı planı iflasa uğrayacaq. Və nəhayət, gəlin bir daha anlayaq – Qarabağsız Ermənistan yoxdur!”, – deyə İşxanyan yazıb.
P.S. Qarabağı 30 il işğal altında saxlayıb nə etdiniz ki, dağıdıb məhv etməkdən başqa, bundan sonra da nəsə edəsiniz?! İstəyirsiniz Qarabağsız olun, istəyirsiniz olmayın, bu sizin öz probleminizdir. Qarabağ isə öz çiçəklənməyində, canlanmağında, inkişafındadır… Ermənistansız! \\KONKRET.az