Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
İsrail müdafiə naziri Ərdoğandan İranla bağlı nə tələb edib? - Təfərrüatlar

On il sonra Türkiyəyə səfər edən ilk İsrail müdafiə naziri olan Benni Hansla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

İsrail mediasında yer alan xəbərlərə görə, Hans Ərdoğandan HAMAS-ın Türkiyədəki fəaliyyətini qadağan etməsini və İrana Suriyaya silah göndərməsi ilə bağlı xəbərdarlıq edilməsini istəyib.

Hans Türkiyədəki HAMAS liderlərinin İsrailə qarşı hücumları koordinasiya etdiklərini bildirib.

İsrail mətbuatı Türkiyənin İsraillə münasibətləri yaxşılaşdırmaqda iki məqsədinin olduğunu yazır. Belə ki, onlardan biri ABŞ-la da münasibətləri istiləşdirmək, digəri isə İsraildən yeni silah sistemləri almağı hədəfləməkdir.

Qeyd olunub ki, İsrail də bunların qarşılığında Türkiyə ilə İrana qarşı təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Benni Hans həmkarı Hulusi Akarla keçirdiyi mətbuat konfransında iranlı qrupların Türkiyədə İsrail vətəndaşlarına hücum etməyə hazırlaşdığı xəbərinə də toxunub.
"Bu il Türkiyədə İsrail vətəndaşlarına və yəhudi xalqına qarşı həyəcan verici sayda təhdidləri aradan qaldırmağa müvəffəq olduq. Prezident Ərdoğana, nazir Akara və bu işdə rolu olan təhlükəsizlik qurumlarına minnətdarıq”, - deyə nazir qeyd edib. \\Bakupost. az

Tarix: 28 oktyabr 2022
Baxış: 444

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş