Britaniya Parlamenti Lordlar palatasında Azərbaycan müdafiə olundu - VİDEO
Böyük Britaniya parlamentinin Lordlar palatasında Azərbaycan-Ermənistan məsələsinə dair debat keçirilib.
Debat zamanı Lordlar palatasının üzvləri tərəfindən Azərbaycanı dəstəkləyən fikirlər səsləndirilib.
Lord David Evans mina partlayışları məsələsinə diqqət çəkib. O, son iki ildə partlayışların əksəriyyətinə minaların səbəb olduğunu deyib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində hərbçilərlə yanaşı, mülki şəxslərin də zərər çəkməsinə diqqət çəkən David Evans 262 mülki şəxsin həlak olduğunu bildirib. Lord David Evans Ermənistan tərəfdən itkin düşmüş kimi qeydiyyatda olan 3890 azərbaycanlı haqqında məlumat verməsini istəyib. Azərbaycanın minalanmış ərazilərdən təmizlənməsi üçün Britaniya parlamentində Azərbaycana dəstək məqsədilə maaliyə yardımı ayrılması haqqında qanun layihəsini imzalamaq haqqında təklif irəli sürüb.