Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Erməni politoloq: "Ermənistan hakimiyyəti Bakı ilə SİNXRON İŞLƏYİR"

Ermənistan hakimiyyəti Bakı ilə sinxron işləyir.
Bunu erməni politoloq Arman Qukasyan deyib. O bildirib ki, Zatulinə qoyulan qadağa təəccüblü deyil.
“Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulması məni təəccübləndirmir. Çünki onun əvvəllər Azərbaycana girişi qadağan edilib və belə görünür ki, bizim hakimiyyət Bakının hakimiyyət orqanları ilə sinxron hərəkət edir.
“Bakı məsələsində Zatulinin ermənipərəst fəaliyyətini nəzərə alsaq, təəccüblənmirik, Ermənistan məsələsində isə bunu sadəcə dəlilik adlandırmaq olar. Çünki Konstantin Zatulin fəaliyyəti Ermənistanın dövlət maraqlarından və Ermənistan-Rusiya münasibətlərindən irəli gələn Rusiyanın nadir siyasətçilərindən biridir”, – Qukasyan deyib.
O qeyd edib ki, Zatulin həmişə mövcud situasiya əsasında hərəkət edib, bunu ayıq-sayıq qiymətləndirib. Görünür, Ermənistan hakimiyyəti onun mövcud reallıqlara əsaslansa da, maraqlara uyğun gəlməyən şərhlərini bəyənmir.
“Təəssüf edirəm ki, Ermənistan hakimiyyəti dövlət maraqlarını deyil, dar siyasi və şəxsi maraqları rəhbər tutduğunu bir daha sübut etdi. Zatulin onilliklər ərzində ermənipərəst siyasətçi olub və hakimiyyətin onunla bu cür rəftar etməsi təəssüf doğurur. Baxmayaraq ki, qəti şəkildə deyə bilərəm ki, bu, Ermənistan cəmiyyətinin və xalqının münasibətini əks etdirmir”, – deyə o bildirib.
Qukasyan Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Zatulinin yenidən ölkəmizdə gözlənilən və hörmət edilən şəxsə çevriləcəyinə əmin olduğunu bildirib.
“Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti Brüssel formatının tərəfdarıdır. O, Rusiyanın maraqlarından yan keçərək Qərb, Azərbaycan və Türkiyə ilə birlikdə Brüssel formatı çərçivəsində Qarabağ məsələsini bağlamağa çalışır.
Bu, Əliyev-Putin-Paşinyan üçtərəfli görüşü ərəfəsində atılan növbəti anti-Rusiya addımıdır və sadəcə qəbuledilməzdir”, – deyə Qukasyan qeyd edib. \\KONKRET.az

Tarix: 26 oktyabr 2022
Baxış: 355

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş