Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
İslamda abort etdirmək varmı?

İslamda abortun caiz olan yönü, günah olan yönü və cinayət olan yönü vardır.
Caiz olan yönü: Əgər hamiləlik, qadının həyatına və səhhətinə zərər verirsə, o zaman abort caizdir.
Günah olan yönü: Əgər dünyəvi məsələlərdən, məsələn; keçindirmək qorxusu, baxmaq qorxusu ilə abort edilirsə, o zaman abort günahdır. Bu barədə Allah belə buyurur: "Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır." (İsra, 17/31.)
Yuxarıdakı iki hökm, qadının hamiləliyinin 5-ci ayına qədər keçən dövrə aiddir.
Cinayət olan yönü: Əgər hamiləlik müddəti 5-ci aya daxil olmuşsa və qadının həyati təhlükəsi də yoxdursa, abort etdirməsi cinayətdir. Çünki, hamiləliyin 5-ci ayında ana bətnindəki uşağa ruh üflənir. \\Milli.Az

Tarix: 22 oktyabr 2022
Baxış: 340

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş