Ermənistanda qanunsuz quraşdırılmış xaçlar və xaçkarlar sökülür.
Gender.Az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qanunsuz quraşdırılmış yeni xaçları, xaçkarları və yenidən tikilmiş binalar sökülüb.
Bildirilib ki, tarix və mədəniyyət abidələrinin ərazilərində və xüsusi mühafizə olunan yerlərdə yeni xaçkarların, metal xaçların və ya yeni konstruksiyaların qoyulması hallarına tez-tez rast gəlinir. Bu da mühiti və xarici görünüşü pozmaqla yanaşı, onlara böyük ziyan vurur.
Nazirlik abidələrin və ya qorunan ərazilərin ərazisində qanunsuz hərəkətlərdən çəkinməyə çağırır və belə pozuntular aşkar edilərsə, bu barədə səlahiyyətli orqana məlumat verməlidir.
Abidələrin ərazisində qanunsuz quraşdırılmış tikililərin sökülməsi davamlı olaraq həyata keçiriləcək.
KONKRET.az