Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Çin böyük müharibəyə HAZIRLAŞIR - ABŞ-la toqquşmanın qarşısını almaq MÜMKÜN OLMAYACAQ

Çin böyük müharibəyə hazırlaşır.
Bu barədə Kanal-24 məlumat yayıb. Nəşr bildirir ki, Çin lideri Si Çinpin Kommunist Partiyasının qurultayında deyib. O, son 5 ildəki işinə yekun vuran və qarşıdan gələn beş il üçün planını açıqladığı çox mühüm çıxış edib.
“Onun bu çıxışı Çinin daxili siyasətində və digər ölkələrlə xarici siyasət əlaqələrinin formalaşmasında dönüş nöqtəsi olacağını vəd edir.
Çində həqiqətən də genişmiqyaslı etirazlar gözləməyə dəyməz, çünki hətta indiki hakimiyyətin tənqidi belə orada real həbslə cəzalandırılır.
Si Çinpin görünür, tədricən Çin daxilində işlər görməkdən uzaqlaşır. Bir sıra iqtisadi böhranlar və kapitalın bölüşdürülməsi ilə bağlı şübhəli qərarlar Çini böhrana sürükləyə bilər. İqtisadiyyat böyüməyə davam etsə də, əvvəllər Çin liderinin populyarlığını dəstəkləyən o qədər də güclü tempdə deyil.
Eyni zamanda, Covid-ə qarşı sərt siyasət ölkənin ən sıx məskunlaşdığı şəhərlərin sakinlərini ondan uzaqlaşdırır.
Si hakimiyyətinin güclü nəticəsini göstərməyə məcbur olacaq. İndiyə qədər onun Tayvanla “yenidən birləşmə”dən başqa heç nəyi yoxdur ki, bunu öz nailiyyəti kimi istifadə edə bilər. Yəni Tayvan ssenarisində müharibə qaçılmazdır.
Eyni zamanda, ABŞ-ın Tayvanda demokratiyanın qorunması ilə bağlı mövqeyini nəzərə alsaq, belə bir ssenaridə ABŞ və Çin orduları arasında birbaşa toqquşmanın qarşısını almaq mümkün deyil”, – deyə nəşr yazıb. \\KONKRET.az

Tarix: 21 oktyabr 2022
Baxış: 344

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş