Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Sumqayıt Səhiyyə şöbəsinda müharibə iştirakçılarına diqqət və qayğı göstərilir

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Onların sırasında könüllü olaraq döyüşlərə yollanan kəşfiyyatçı-snayper Namiq Əliyev də var. Vətən müharibəsi iştirakçısı, qazi Əliyev Namiq Mikayıl oğlu redaksiyamıza müraciət edərək işlədiyi qurumda ona göstərilən diqqət və qayğıdan danışıb. Hər bir insan sevdiyi peşə üzrə çalışmağı arzulayır. Namiq Əliyevin də uşaqlıqdan arzusu təcili yardım maşınında sürücü işləmək olub. O, bu işdə ona dəstək göstərən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya təşəkkürünü bildirir. Müharibə iştirakçısı deyir ki, döyüşlərdən qayıdan sonra işlə təmin olunmaqla yanaşı, işlədiyi qurumda ona mənəvi dəstək də göstərilib: "2020-ci il sentyabrın 30-da Vətən müharibəsinə könüllü olaraq qatılmışam. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Cənab Prezidentin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm. Döyüşlərdən qayıdandan sonra səhhətimdə problem yaranmışdı. Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə xanıma etdiyim müraciətdən sonra şəhərin 1 nömrəli xəstəxanasında müalicə almışam. Eyni zamanda, Səkinə xanımın qəbulunda olarkən, ondan təcili yardımda sürücü vəzifəsinə qəbul edilməsini xahiş etmişəm. Sağ olsun ki, iki dəfə müalicələrim aparılıb və əməliyyat olunmuşam. Tam sağalandan sonra təcili yardımda sürücü kimi fəaliyyət göstərməyə başladım. Şəhərimizin deputatı Hicran xanımın da qəbulunda olmuşam. O da mənə maddi və mənəvi dəstək olub. Təzəlikcə azyaşlı oğlumu ödənişli baxçaya ödənişsiz qəbulunu həyata keçirib. Onu da qeyd edim ki, Təcili Tibbi Yardım şöbəsinin müdiri Famil Qaflanov qazi olaraq hər zaman qayğıma qalır. Kirayədə qaldığımı nəzərə alaraq məndən maddi və mənəvi dəstəyini əsirgəmir. Bu yaxında başımda və böyrəklərimdə kəskin ağrılar var idi. Famil Qaflanov məni özəl klinikalardan birinə yerləşdirdi. Orda tam pulsuz müayinə və müalicə olundum. Hər bir qaziyə olunan diqqət heç vaxt unudulmur. Mən öz adımdan işlədiyim qurumun rəhbərliyinə təşəkkür edirəm. Onu da qeyd edim ki, döyüşlərdə olarkən ailəm də diqqətdən kənarda qalmayıb. İş adamı Firudin Həşimova ailəmə maddi və mənəvi dəstək olub. Buna görə ona dərin minnətdarlığımı bildirirəm".

Mövzuya dair fotomateriallar:



Tarix: 21 oktyabr 2022
Baxış: 617

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş