Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Deputat: “Gələcəkdə şəhid ailələrinə, qazilərə və yaxınlarına daha geniş güzəştlər nəzərdə tutula bilər”

“Bu gün Azərbaycanda şəhid ailələri üçün müxtəlif güzəştlər nəzərdə tutulub. Dövlət şəhid ailələri üçün həm pulsuz ev təminatını həyata keçirir, həm müəyyən aylıq müavinətlər təyin olunur, həm şəhid övladları pulsuz təhsil alır, pulsuz müalicə olunur, şəhid valideynləri, ailə üzvləri də pulsuz xidmətlərdən istifadə edə bilir. Digər məsələlərdə də əgər bir çətiniklər varsa, şəhid ailələrinə güzəştlər edilir və hər bir dairə də bunu edir”.

Gender.Az bildirir ki, bu fkirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat qeyd edib ki, gələcəkdə əhid ailələri üçün yeni güzəştlərin olması da mümkündür.

“Zaman-zaman biz bunu gördükcə, ehtiyaclar yarandıqca, təbii ki, şəhid ailələri ilə bağlı yeni güzəştlərin olması da mümkündür. Bilirsiniz ki, hazırda Qarabağda böyük tikinti işləri gedir. Qarabağda tikinti işləri səngiyəndən, qaçqın və köçkünlərimiz həmin ərazilərə köçürüləndən sonra büdcədə müəyyən sərbəstlik əmələ gələcək. O zaman şəhid ailələri və müharibə iştirakçıları üçün daha geniş güzəştlər nəzərdə tutula bilər. Təbii ki, Azərbaycanda hər bir dövlət məmuru, eləcə də mən istərdik ki, şəhid ailələrinə daha çox güzəşt olsun, onların heç bir problemi olmasın, onların şikayəti olmasın. O baxımdan da, istərdik ki, nəinki təyyarə biletlərində, hətta ictimai nəqliyyatda, müxtəlif xidmətlərdə şəhid ailələrinə, bizim müharibə iştirakçılarına, əlillərə güzəştlər edilsin. Məsələn, Türkiyədə şəhid ailələrinə, qazilərə və yaxınlarına təyyarə biletləri 50 faiz güzəştlərin olunması nəzərdə tutulub və bu, təbii ki, yaxşı xəbərdir. Bu məsələ də dediyim kimi, büdcədə sərbəstlik yaradandan sonra gündəmə gələcək və həll olunacaq. Təbii ki, niyə də olmasın”.

Aynurə  
Tarix: 17 oktyabr 2022
Baxış: 360

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş